“Nizami Gəncəvinin qəzəlləri və kəlamları” kitabının təqdimatı keçirilib

“Nizami Gəncəvinin qəzəlləri və kəlamları” kitabının təqdimatı keçirilib Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə fransız dilində nəşr olunan “Nizami Gəncəvinin qəzəlləri və kəlamları” adlı kitabın təqdimatı olub.
Mədəniyyət siyasəti
221
24 Noyabr , 2021 12:16
“Nizami Gəncəvinin qəzəlləri və kəlamları” kitabının təqdimatı keçirilib

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə fransız dilində nəşr olunan “Nizami Gəncəvinin qəzəlləri və kəlamları” adlı kitabın təqdimatı olub.

"Report" xəbər verir ki, təqdimat “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində baş tutub.

Bildirilib ki, kitabın çapı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən maliyyələşdirilib və Fransada fransız dilində çap olunub.

Təqdimatdan sonra beynəlxalq forum çərçivəsində “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri” mövzusunda ilk panel müzakirələrinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi