Niderlandlı caz ustaları Bakıda konsert verib

Niderlandlı caz ustaları Bakıda konsert verib Bu gün Bakı Caz Festivalı çərçivəsində Niderland sənətkarlarının konserti keçirilib.
Mədəniyyət siyasəti
17 Sentyabr , 2021 20:35
Niderlandlı caz ustaları Bakıda konsert verib

Bu gün Bakı Caz Festivalı çərçivəsində Niderland sənətkarlarının konserti keçirilib.

“Report” xəbər verir ki, Linda Blomhard və Timoti Van Der Holst elektrocaz üslubunda bir neçə kompozisiya ifa ediblər.

Xatırladaq ki, sentyabrın 10-dan 18-dək keçirilən bu dəfəki Bakı Caz Festivalında indiyədək pianoçu İsfar Sarabski, saksafonçu Rain Sultanov, Elvin Bəşirovun qrupu, Elbəy Məmmədzadənin triosu, almaniyalı Kristofer Lauerin triosu, rusiyalı “Ann Kaşina və Jazz du Soliel” qrupu, gürcüstanlı Maia Barataşvili, türkiyəli Sinəm İslamoğlu və başqaları öz məharətini bakılı sənətsevərlərlə paylaşıblar.

Qeyd edək ki, konsertlərə yalnız COVID pasportu olanlar buraxılır.

Son xəbərlər

Orphus sistemi