Yuxarı
    Bağlamaq

    Matəmlə əlaqədar bütün tamaşa və konsertlər ləğv edilib, filmlərin yayımı dayandırılıb

    Mədəniyyət və Turizm Nazirliyi matəmlə əlaqədar görülən işlərlə bağlı məlumat yayıb

    Bakı. 6 dekabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan teatr və konsert müəssisələrində tamaşa və konsertlər ləğv edib, Nizami Kino Mərkəzində bütün filmlərin yayımı dayandırılıb.

    Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Xatırladaq ki, Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında matəm elan edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi