Yuxarı

Nazir Salyan Rəsm Qalereyasının fonduna iki yeni əsər təqdim edib

Əbülfəs Qarayev XIX əsrin tikilisi olan Cümə məscidini ziyarət edib

Bakı. 30 mart. REPORT.AZ/ Martın 30-da Salyan şəhərində vətəndaşları qəbul edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev daha sonra rayondakı bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İlk olaraq Salyan Dövlət Rəsm Qalereyasına gələn nazirə burada yaradılan iş şəraiti, qalereyanın fondu, əsərlərin saxlanılması haqqında məlumat verilib. Əbülfəs Qarayev qalereyanın fonduna iki yeni əsər təqdim edib.

Nazir sonra Salyan rayonunun mərkəzində yerləşən, XIX əsrin tikilisi olan Cümə məscidini ziyarət edib.

Əbülfəs Qarayev Salyan rayonu Qulu Əsgərov adına uşaq incəsənət məktəbinin fəaliyyəti ilə də tanış olub, təhsil ocağında yaradılan şərait, dərs vəsaitləri ilə təminat, tədrisin keyfiyyəti ilə maraqlanıb.

Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi