Nazir müavini: "Nizami Gəncəvi ili" çərçivəsində xarici ölkələrdə tədbirlər keçirilir"

Nazir müavini: "Nizami Gəncəvi ili" çərçivəsində xarici ölkələrdə tədbirlər keçirilir" "Nizami Gəncəvi ili" münasibətilə ölkə daxilində olduğu kimi xarici ölkələrdə də tədbirlər keçirilir".
Mədəniyyət siyasəti
156
26 Noyabr , 2021 17:33
Nazir müavini: Nizami Gəncəvi ili çərçivəsində xarici ölkələrdə tədbirlər keçirilir
Elnur Məmmədov

"Nizami Gəncəvi ili" münasibətilə Azərbaycanda olduğu kimi xarici ölkələrdə də tədbirlər keçirilir".

"Report"un Qərb bürosunun məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

O qeyd edib ki, Nizaminin yaşadığı dövrdən 9 əsr keçməsinə baxmayaraq, şairin yaradıcılığı həm Şərqdə, həm də Qərbdə bir çox platformalarda müzakirə olunur: "Nizami irsinin Azərbaycanın milli mənəvi irsi olduğunu təbliğ etmək üçün aktiv işlər görülür. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə dahi şairin 880 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi bunun bir nümunəsidir".

Son xəbərlər

Orphus sistemi