Mədəniyyət və turizm nazirinin müavini Füzuli rayonuna səfər edib

Mədəniyyət və turizm nazirinin müavini Füzuli rayonuna səfər edib Ədalət Vəliyev rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
Mədəniyyət siyasəti
4 Aprel , 2015 19:12
Mədəniyyət və turizm nazirinin müavini Füzuli rayonuna səfər edib

Bakı. 4 aprel. REPORT.AZ/ Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Füzuli rayonuna səfər edib. Bu barədə "Report"a Füzuli Dövlət Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Horadiz Şəhər Mədəniyyət Sarayının Füzuli Dövlət Dram Teatrının balansına verilməsi ilə əlaqədar teatr binasına baxış keçirmək, teatr kollektivi ilə görüşmək, o cümlədən rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub.

Nazir müavini əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb. Səfər çərçivəsində nazirlik rəsmisi rayonda görülən quruculuq-abadlıq işləri tanış olub, Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzində olub. Ədalət Vəliyev və rayon icra başçısı həmçinin teatrın binasına da baş çəkib, yaradılan şəraitlə tanış olub.

Sonra teatrda rayon mədəniyyət işçiləri və Füzuli Dövlət Dram Teatrının kollektivinin iştirakı ilə müşavirə keçirilib. İcra başçısı Alı Alıyev çıxışında mədəniyyət işçilərinin, teatr kollektivinin fəaliyyətini yüksək qiymətləndirib. Daha sonra nazir müavini, əməkdar incəsənət xadimi Ədalət Vəliyev rayonda görülən quruculuq-abadlıq işlərini, o cümlədən mədəniyyət işçilərinin və teatr kollektivinin işlərini yüksək səviyyədə yerinə yetirdiklərini xüsusilə vurğulayıb. Nazir müavini həmçinin Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevə xidməti maşın və teatra isə iki ədəd müasir standartlara cavab verən teatr tumbası hədiyyə edib.

Son xəbərlər

Orphus sistemi