Nazir müavini bəzi ölkələrin Nizami Gəncəvi irsinə iddia etməsinə münasibət bildirib

Nazir müavini bəzi ölkələrin Nizami Gəncəvi irsinə iddia etməsinə münasibət bildirib "Nizami Gəncəvi öz əsərlərini fars dilində qələmə alıb. Təbii ki, həmin dövrdə hər hansı bir şair iddialı bir əsər yazırdısa təbii ki, onu fars dilində qələmə alırdı. Həmin dövr üçün beynəlxalq dil fars dili hesab olunurdu".
Mədəniyyət siyasəti
23 Noyabr , 2021 11:53
Nazir müavini bəzi ölkələrin Nizami Gəncəvi irsinə iddia etməsinə münasibət bildirib
Elnur Əliyev

"Nizami Gəncəvi öz əsərlərini fars dilində qələmə alıb. Təbii ki, həmin dövrdə hər hansı bir şair iddialı bir əsər yazırdısa təbii ki, onu fars dilində qələmə alırdı. Həmin dövr üçün beynəlxalq dil fars dili hesab olunurdu".

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Nizami Gəncəvi Beynəlxalq Forumuna həsr olunan brifinqdə deyib.

"Bu gün isə beynəlxalq danışıq dili - ingilis dilidir. Əgər, hər hansı bir yazıçı fikirlərinin beynəlxalq səviyyədə iddialı olacağına inanırsa o öz əsərlərini ingilis dilində qələmə alır. Nizami Gəncəvinin Azərbaycan şairi olmasının sübutlarından biri əsərlərində türk kimliyini, türk idarəçilik üslubunu önə çəkməsidir. Nizami Gəncəvinin qələbə aldığı fikirlərdə hiss olunur ki, tam türk kimliyi, türk idarəçilik üslubuna üstünlük verib", - E.Əliyev vurğulayıb.

O qeyd edib ki, bu iddialara cavab olacaq ən əsas amillərdən biri də Nizami irsinə və dəyərlərinə məhz Azərbaycanın sahib çıxmasıdır.

Son xəbərlər

Orphus sistemi