Yuxarı
    Bağlamaq

    Nazir müavini Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru ilə görüşüb

    O, Cənubi Qafqazda mövcud olan alman irsinin təbliği məqsədilə film çəkilişlərinin aparılması barədə məlumat verib

    Bakı. 22 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman arasında fevralın 22-də görüş keçirilib.

    Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, görüşdə Azərbaycan və Almaniya arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib.

    Ölkəmizdəki alman irsinin qorunması və təbliğindən söhbət açan Sevda Məmmədəliyeva bu istiqamətdə görülən işlər və əməkdaşlıq perspektivlərindən danışıb. 2017-ci ildə Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin YUNESKO çərçivəsində qeyd olunması, Azərbaycan Respublikası Prezidentinin "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" 30 avqust 2016 tarixli, 2290 nömrəli Sərəncamının icrası ilə bağlı Tədbirlər Planının həyata keçirilməsi üzrə alman şirkətləri ilə əməkdaşlıq və birgə layihələrin reallaşdırılması təklif edilib.

    Nazir müavini YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramı çərçivəsində 2016-2017-ci illər üzrə daxil edilmiş Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin keçirilməsi ilə bağlı Nazirliyin müvafiq əmrləri ilə yaradılmış Göygöldə Alman İcmasının Tarixi Muzeyinin və Şəmkirdə Alman İrsi Mərkəzinin təmiri, bərpası və bədii tərtibatı, habelə “Azərbaycanda alman izləri” mədəni turizm marşrutu üzrə Hacıkənd yaşayış məntəqəsində, Gədəbəy rayonunda mövzuya dair muzey tipli müəssisələrin təşkili ilə əlaqədar Nazirlik tərəfindən aparılan işlər barədə danışıb.

    Həmçinin nazir müavini Cənubi Qafqazda mövcud olan alman irsinin təbliği məqsədilə film çəkilişlərinin aparılması barədə məlumat verib.

    Alman-Azərbaycan Xarici Ticarət Palatası bu istiqamətdə nazirliklə əməkdaşlığa hazır olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi