Bakı. 13 mart.
“Report”un xəbərinə görə, bunu Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı çərçivəsində etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği ilə bağlı keçirilən panel iclasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların mərkəzində yerləşir, bu da çox önəmlidir: “Azərbaycanda bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşılır. Azərbaycan tolerant ölkədir. Azərbaycanın Quba rayonunda “Qırmızı” qəsəbə var. Orada yəhudilər yaşayır. Bu da tolerantlığın sübutudur. Məqsədimiz hər bir kiçik xalqın mədəniyyətini qorumaqdır”.
Nazir vurğulayıb ki, Azərbaycan turizm üçün ən təhlükəsiz ölkələrdən biridir.