Nazir: "Kino sisteminin yeni formada idarə olunması üçün lazımi addımlar atılacaq"

Nazir: "Kino sisteminin yeni formada idarə olunması üçün lazımi addımlar atılacaq" Bakı. 5 mart. REPORT.AZ/ Elə kəndlər var ki, orada dağıdılmış vəziyyətdə müəssisə və ya işləməyən kitabxanalar var. Necə düşünə bilərik ki, onların hamısı bərpa edilib maddi-texniki baza ilə təmin etmək mümkün olar bilər? Odur ki, bütün bu işlər mərhələli şəkildə icra olunmalıdır.
Mədəniyyət siyasəti
5 Mart , 2019 14:25
Nazir: Kino sisteminin yeni formada idarə olunması üçün lazımi addımlar atılacaq
Mədəniyyət naziri Əbülfəs Qarayev / Report / Elchin Murad
0 : 00
0 : 00

Bakı. 5 mart. REPORT.AZ/ "Elə kəndlər var ki, orada dağıdılmış vəziyyətdə müəssisə və ya işləməyən kitabxanalar var. Necə düşünə bilərik ki, onların hamısı bərpa edilib maddi-texniki baza ilə təmin etmək mümkün olar bilər? Odur ki, bütün bu işlər mərhələli şəkildə icra olunmalıdır".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, əvvəllər kitabxanaların sayı az idisə, bu gün ölkədə 2600 kitabxana var.

O qeyd edib ki, kinematoqrafiya sahəsi ilə bağlı bir neçə layihə müzakirə olunur və kino sisteminin yeni formada idarə olunması üçün lazımi addımlar atılacaq: "Həmçinin yeni teatr iderəetmə sisteminin formalaşdırılması üçün aparıcı teatrlara əlavə vəsait ayrılacaq. Yaradıcı proses dayanmamalı və işlər sistemli xarakter almalıdır. Bəzi qanunlara əsaslanan mövcud sistem daha müasir əsasda qurulmalıdır". 

Son xəbərlər

Orphus sistemi