Yuxarı
    Bağlamaq

    Nazir: "İşğal altında olan ərazilərimizdə qanunsuz qazıntılar aparanlar qara siyahıya salınacaq"

    Əfsuslar ki, bəzən digər ölkələrin alimləri də bu işə cəlb olunurlar© Report.az

    Bakı. 18 aprel. REPORT.AZ/ "Bu yaxınlarda bizi olduqca narahat edən faktlar aşkarlanıb. Dağlıq Qarabağın işğal altında olan ərazilərində bizim tarixi abidələri guya yenidən təhlil etmək adı altında, qazıntılar aparmaqla, yalandan tarixi uydurma məqsədləri daşıyan işlər görülür".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

    "Əfsuslar olsun ki, bəzən digər ölkələrin alimləri də bu cür işlərə cəlb olunurlar.

    Belə məsələlərdə Azərbaycanın mövqeyi prinsipialdır. İşğal altında olan ərazilərimizdə qanunsuz qazıntılar aparılacaqsa,  bu işlər çərçivəsində hər hansı bir xarici şirkət iştirak edəcəksə, o, Azərbaycanda qara siyahıya daxil ediləcək və ölkəmizlə əməkdaşlığını tamamilə məhdudlaşdıracaq. Bu yaxınlarda Prezident İlham Əliyev, Xarici İşlər Nazirliyi müvafiq bəyənatlar verib. Biz də nazirlik olaraq YUNESKO, İSESKO səviyyəsində narahatlığımızı bildirmişik" - deyə, Ə.Qarayev əlavə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi