Nazir: "Ermənistan Qarabağda Azərbaycanın tarixi və mədəni irsini yer üzündən silmək istəyirdi"

Nazir: "Ermənistan Qarabağda Azərbaycanın tarixi və mədəni irsini yer üzündən silmək istəyirdi" "Təəssüf ki, beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar bu mövzuda susdular, istədiyimiz reaksiyanı vermədilər. Torpaqlarımızı işğaldan azad etdikdən sonra ikili standartlar yarandı.
Mədəniyyət siyasəti
14 Oktyabr , 2021 15:57
Nazir: Ermənistan Qarabağda Azərbaycanın tarixi və mədəni irsini yer üzündən silmək istəyirdi
Anar Kərimov

"Ermənistanın 30 il ərzində işğal altında saxladığı Qarabağ ərazisində abidələrimizə münasibətdə həyata keçirdiyi vəhşiliyin əsas məqsədi Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni irsi yer üzündən silmək olub".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycanın mədəniyyət naziri Anar Kərimov "Anadolu" agentliyinə müsahibəsində deyib.

"Təəssüf olsun ki, beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar bu mövzuda susdular və istədiyimiz reaksiyanı vermədilər. Torpaqlarımızı işğaldan azad etdikdən sonra ikili standartlar yarandı. Xristian irsinə nəzərən Azərbaycanın İslam mədəni irsinin onlar üçün daha az önəmli olduğunu gördük. Torpaqlar işğaldan azad edildikdən sonra eyni təşkilatlar Qarabağdakı xristian mədəni irsi ilə bağlı narahatlıqlarını ifadə etdilər. Sanki 30 ildir dağıdılan tarixi abidələrimiz onları maraqlandırmırdı. Bu, ikili standart idi və Azərbaycan qəbul etmədi", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi