Nazir Dram Teatrına yeni baş rejissor təyin edib

Nazir Dram Teatrına yeni baş rejissor təyin edib Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əliyar Əliyev Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
Mədəniyyət siyasəti
15 aprel 2022 11:11
Nazir Dram Teatrına yeni baş rejissor təyin edib
Anar Kərimov

Qusar Dövlət Ləzgi Dram Teatrına yeni baş rejissor təyin olunub.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əliyar Əliyev teatrın baş rejissoru vəzifəsinə gətirilib.

Nazirliyin nümayəndələrinin iştirakı ilə o, bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, Əliyar Əliyev 1979-1980-ci illərdə Akademik Milli Dram Teatrında, 1983-1984-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 1992-ci ildə “Qodonun intizarında” və “Dələduz” tamaşaları ilə Türkiyədə qastrol səfərində olub. Türkiyədə bir sıra özəl teatrlarda rejissor kimi fəaliyyət göstərib.

2010-2019-cu illər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Son xəbərlər

Orphus sistemi