Nazir: "Canəli Əkbərovun Azərbaycan mədəniyyətindəki rolu danılmazdır"

Nazir: "Canəli Əkbərovun Azərbaycan mədəniyyətindəki rolu danılmazdır" "Canəli Əkbərovun vəfatı Azərbaycan mədəniyyətinə ağır itkidir. Azərbaycan hökuməti adından xalqımıza və mədəniyyətimizə başsağlığı çatdırırıq".
Mədəniyyət siyasəti
259
23 Oktyabr , 2021 15:00
Nazir: Canəli Əkbərovun Azərbaycan mədəniyyətindəki rolu danılmazdır
Anar Kərimov

"Canəli Əkbərovun vəfatı Azərbaycan mədəniyyətinə ağır itkidir. Azərbaycan hökuməti adından xalqımıza və mədəniyyətimizə başsağlığı çatdırırıq".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, mərhum Xalq artisti Canəli Əkbərov Azərbaycan mədəniyyətində böyük bir miras qoyub: "Canəli Əkbərovun Azərbaycan mədəniyyətindəki rolu danılmazdır. O, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş sənətkardır. Onun əməyi dövlət tərəfindən də qiymətləndirilib. O, Dövlət Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında uzun illər fəaliyyət göstərib".

Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında Canəli Əkbərovun böyük xidmətlər göstərdiyini xatırladan nazir bildirib ki, onun xatirəsi xalqımızın ürəyində daim yaşayacaq:

"Bu gün onun davamçıları var. Dəfn mərasimində iştirak edən tələbələri bu mirası qorumalı, canlandırmalı və inkişaf etdirməlidir. Onun qoyduğu miras yaddan çıxmamalıdır, daim Azərbaycan xalqının ürəyində, xatirəsində qalmalıdır. Təbii ki, bunun belə də olacağına əminəm. Bir daha burada olan hər kəsə və ictimaiyyətimizə dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, Xalq artisti oktyabrın 22-də 81 yaşında dünyasını dəyişib. O, bu gün II Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Orphus sistemi