Yuxarı

Nazir: "Azərbaycan San-Marino ilə mədəniyyət sahəsində əməkdaşlıqda maraqlıdır"

Əbülfəs Qarayev San-Marino Respublikasının xarici işlər naziri ilə görüşüb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan San-Marinonun xarici işlər naziri Paskal Valentini ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Görüşdə turizm sahəsində əməkdaşlığın hər iki ölkə üçün əhəmiyyət kəsb etdiyi vurğulanıb və bu sahədə münasibətlərin genişləndirilməsinə böyük təkan verən addımların atılmasından söz açıb.Əbülfəs Qarayev xarici işlər nazirinin ölkəyə səfərini iki ölkə arasında əməkdaşlığın bütün sahələrdəki istiqamətini müəyyənləşdirmək üçün gözəl imkanlar yaradacağına əminliyini ifadə edib.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusu yaranıb. O, həmçinin münaqişə nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş ziyanın hələ də davamlı olmasını qonağın diqqətinə çatdırıb.

Ə.Qarayev ölkəsinin San-Marino ilə mədəniyyət sahəsində əməkdaşlıqda hər zaman maraqlı olduğunu vurğulayıb.

Paskal Valentini ölkədə olmaqdan məmnunluğunu ifadə edərək keçirilən görüşlərdə vacib məsələlərə toxunulduğunu vurğulayıb. Qonaq bundan sonra iki ölkə arasında ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün səylərini artıracağını söyləyib.

Görüşdə birgə mədəni layihələrin reallaşdırılması müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi