Nazir: "Azərbaycan hər zaman beynəlxalq hüquqa riayət edilməsinin tərəfdarı olub"

Nazir: "Azərbaycan hər zaman beynəlxalq hüquqa riayət edilməsinin tərəfdarı olub" "Azərbaycan hər zaman beynəlxalq hüquqa riayət edilməsinin tərəfdarı olub".
Mədəniyyət siyasəti
23 İyun , 2021 16:55
Nazir: Azərbaycan hər zaman beynəlxalq hüquqa riayət edilməsinin tərəfdarı olub
Anar Kərimov
0 : 00
0 : 00

"Azərbaycan hər zaman beynəlxalq hüquqa riayət edilməsinin tərəfdarı olub".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb: "Bu proses 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyini nümayiş etdirdi.

“Bakı Prosesi” çərçivəsində həyata keçirilən kampaniyaya 180-dən çox xarici dövlətin nümayəndəsi qoşuldu. Onlar bu çərçivədə həyata keçirilən 5 Mədəniyyətlərarası forumlarda iştirak etdilər. Bu forumlara 10 mindən çox şəxs qatıldı. Forumlar bir çox sferaları əhatə edib, hətta biznes nümayəndələri də “Bakı Prosesi” çərçivəsində təşkil edilən forumlarda iştirak ediblər”.

Son xəbərlər

Orphus sistemi