Naxçıvanda milli geyimlər festivalı keçiriləcək

Naxçıvanda milli geyimlər festivalı keçiriləcək Bakı. 29 avqust. REPORT.AZ/ Naxçıvanda milli geyimlər festivalı keçiriləcək.
Mədəniyyət siyasəti
29 Avqust , 2018 15:59
Naxçıvanda milli geyimlər festivalı keçiriləcək
0 : 00
0 : 00

Bakı. 29 avqust. REPORT.AZ/ Naxçıvanda milli geyimlər festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, sentyabrın 8-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunacaq tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblı xalq mahnıları ifa edəcək, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qruplarının, “Şərur” Xalq Yallı Ansamblının və “Şərur qönçələri” Uşaq Yallı Ansamblının ifasında milli rəqslər və yallılar təqdim olunacaq.

Festivalda müxtəlif geyim və rəsm sərgiləri açılacaq, əl işləri, qədim dövrlərə aid muzey eksponatları, eyni zamanda xanlıqlar dövrünün saray geyimlərindən ibarət dəfilə nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi