Yuxarı

Naxçıvanda “Əlincəqala” tarixi abidəsi bərpa olunub

Bina iş otaqları və ekspozisiya zalından ibarətdir

Bakı. 4 aprel. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında “Əlincəqala” tarixi abidəsi bərpa olunub.

“Report”un xəbərinə görə, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi üçün bina inşa olunub.

Bina iş otaqları və ekspozisiya zalından ibarətdir.

Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin, xüsusilə qədim məişət əşyalarının, pul və sikkələrin, kitab, jurnal və qəzet materiallarının nümayiş etdirilməsi üçün vitrinlər qoyulub. “Əlincəqala” tarixi abidəsindəki qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi