Yuxarı

Naftalan şəhərinə infotur keçirilib

Mədəniyyət və Turizm Nazirliyi press-turda aktiv iştirak edən media nümayəndələrini fəxri fərmanla təltif edib

Bakı. 9 noyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və "Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzinin təşkilatçılığı ilə Naftalan şəhərində infotur keçirilib.

"Report" xəbər verir ki, infoturun məqsədi Naftalan şəhərinin turizm potensialını tanıtmaq və təbliğ etməkdir. İnfoturda yerli turizm şirkətləri və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları "Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzi ilə tanış olublar. Burada Naftalan nefti ilə həyata keçirilən müalicə üsulları, onun müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyəti haqqında məlumat verilib.

Tədbir çərçivəsində media nümayəndələri ilə dəyirmi masa ətrafında görüş keçirilib. Jurnalistlər Naftalan şəhəri, Naftalan nefti ilə müalicə haqda məlumatlandırılıblar. Sonda press-turda aktiv iştirakına görə, media nümayəndələri Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. 

Qeyd edək ki, Naftalan şəhərindəki sanatoriya və ­pansionatlara gələn xəstələr Naftalan ne­fti və onun əsasında hazırlanan məlhəmlə­rlə müalicə alırlar. Naftalan nefti yara­ların, dəri, sinir, uroloji və ginekoloj­i xəstəliklərin, həmçinin qaraciyər, oyn­aqların və oynaq ətarfındakı yumşaq toxu­maların, dayaq-hərəkət aparatının müali­cəsi üçün çox səmərəli vasitədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi