Musiqili Teatr dünya şöhrətli ispan yazıçının əsərini səhnələşdirəcək

Musiqili Teatr dünya şöhrətli ispan yazıçının əsərini səhnələşdirəcək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar, SSRİ Xalq artisti Q.Qarayevin “Don Kixot” simfonik qravürü və dünyaşöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında “Psix” tamaşasının məşqlərinə başlanılıb.
Mədəniyyət siyasəti
118
20 Noyabr , 2021 12:26
Musiqili Teatr dünya şöhrətli ispan yazıçının əsərini səhnələşdirəcək

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar, SSRİ Xalq artisti Q.Qarayevin “Don Kixot” simfonik qravürü və dünya şöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında “Psix” tamaşasının məşqlərinə başlanılıb.

Teatrdan "Report"a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Ər-Toğrul Kamalov, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev canlandıracaq. Teatrın gənc və istedadlı aktyorları – Nicat Əli (Sanço Pansa), Gültac Əlili (Dulsineya), Zaur Əliyev (Xidmətçi) də bu tamaşada maraqlı rolların ifaçıları olacaqlar.

Son xəbərlər

Orphus sistemi