Musiqi məktəbinin direktoruna töhmət verilib

Musiqi məktəbinin direktoruna töhmət verilib Məktəb Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxildir
Mədəniyyət siyasəti
17 May , 2016 12:54
Musiqi məktəbinin direktoruna töhmət verilib

Bakı. 17 may. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 4 saylı uşaq musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Qocayeva Aybəniz Cümşüd qızına vəzifə və öhdəliklərini tam icra etmədiyi üçün töhmət verilib.

Bu barədə "Report"a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib.

"İntizam tənbehlərinin verilməsi idarənin tabeliyində olan mədəniyyət müəssisələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması və nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlıdır", - idarənin məlumatında əlavə olunub.

Son xəbərlər

Orphus sistemi