Bakıdakı musiqi məktəblərindən birinin direktoruna töhmət verilib, müavini isə işdən azad edilib

Bakıdakı musiqi məktəblərindən birinin direktoruna töhmət verilib, müavini isə işdən azad edilib Məktəbdə araşdırma aparılıb
Mədəniyyət siyasəti
1032
13 Yanvar , 2017 15:28
Bakıdakı musiqi məktəblərindən birinin direktoruna töhmət verilib, müavini isə işdən azad edilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıdakı musiqi məktəblərindən birinin direktoruna töhmət verilib, müavini isə işdən azad edilib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, aparılan yoxlamalar əsasında idarənin K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbin direktoru Budaqov Fikrət Vəli oğluna töhmət verilib.

Baş İdarənin əmrinə əsasən, məktəbin tədris işləri üzrə direktor müavini Baxşıyev Ayat Müslüm oğlu fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilməsi nəticəsində, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tutduğu vəzifədən azad olunub.

Son xəbərlər

Orphus sistemi