Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasını Mehriban Əliyeva öz üzərinə götürüb

Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasını Mehriban Əliyeva öz üzərinə götürüb Mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasını I vitse-prezident Mehriban Əliyeva öz üzərinə götürüb. Bu barədə “Report”a açıqılamasında Xalq şairinin qızı Yaqut Yaqubova məlumat verib. O bildirib ki, bu gün ailə ilə əlaqə saxlan
Mədəniyyət siyasəti
256
2 İyul , 2021 11:46
Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasını Mehriban Əliyeva öz üzərinə götürüb
Musa Yaqub

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.

Bunu “Report”a açıqlamasında Xalq şairinin qızı Yaqut Yaqubova bildirib.

Onun sözlərinə görə, iyulun 1-də ailə ilə əlaqə saxlanılaraq məlumat verilib:

“Bizə deyildi ki, heç nə etməyək, Mehriban xanım bu məsələni üzərinə götürüb. Artıq iş başlayıb”.

Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi