Xalq şairi Musa Yaqub İsmayıllıda dəfn olunub - VİDEO - YENİLƏNİB 2

Xalq şairi Musa Yaqub İsmayıllıda dəfn olunub - VİDEO - YENİLƏNİB 2 Ötən gün dünyasını dəyişən Azərbaycanın Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilir
Mədəniyyət siyasəti
593
8 May , 2021 17:20
Xalq şairi Musa Yaqub İsmayıllıda dəfn olunub - VİDEO - YENİLƏNİB 2
0 : 00
0 : 00

Video əlavə olunub

12.20

Azərbaycanın Xalq şairi Musa Yaqub dəfn edilib.

“Report” xəbər verir ki, mərhum İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, deputatlar Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, M.Yaqub mayın 7-də uzun sürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.

11:54

Azərbaycanın Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, mərasim mərhumun yaşadığı İsmayıllı rayonunun Buynuz kəndində - evində təşkil edilib.

Vida mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, deputatlar Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Xalq şairi saat 12:00-da vəsiyyətinə uyğun olunaraq Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, M.Yaqub mayın 7-də uzun sürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi