Yuxarı

Murad Kajlayev Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib

Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Murad Maqomedoviç Kajlayevi “Dostluq” ordeni ilə təltif edib. 

"Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

M.M.Kajlayev Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə təltif edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi