Yuxarı
    Bağlamaq

    Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və İsrail musiqiçilərinin iştirakı ilə konsert keçirilib - FOTO

    Konsertdə İsrailin Azərbaycandakı səfiri də iştirak edib

    Bakı. 4 dekabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və İsrail musiqiçilərinin iştirakı ilə "Sound Wave" etnokonserti keçirilib.

    "Report" xəbər verir ki, konsertdən əvvəl çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav Bakıya gəlmiş muqisiçilər Qadi Ben Elişu və Şem Tova Levi haqda danışaraq onların İsrailin ən məşhur musiqiçilərindən olduqlarını deyib

    Səfir həmçinin konserti əhəmiyyətli mədəni hadisə adlandırıb və onun uzun müddət tamaşaçıların yaddaşında qalacağına ümid etdiyini bildirib.

    Daha sonra konsertin təşkilatçılarından olan Paolo Kasaqrande tamaşaçıları salamlayaraq onların proqramdan zövq alacaqlarına ümidini ifadə edib.

    İsrail musiqiçiləri azərbaycanlı həmkarları Hüseyn Məlikovla, Sahib Paşazadə ilə, Toğrul Asadullayevlə və Soltan Əliyevlə birlikdə iki ölkənin milli musiqi nümunələrini tamaşaçılara təqdim ediblər.

    Qeyd edək ki, konserti 350-dən çox tamaşaçı izləyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi