Yuxarı
    Bağlamaq

    Moskvada Mstislav Rostropoviçin xatirə lövhəsinin açılışı olub

    Xatirə lövhəsi məşhur violonçel ustası və dirijorun 90 illik yubileyi günündə quraşdırılıb

    Bakı. 27 mart. REPORT.AZ/ Moskvada violonçel ustası və dirijor Mstislav Rostropoviç və onun həyat yoldaşı, opera müğənnisi Qalina Vişnevskayanın xatirə lövhəsinin açılışı olub.

    "Report" TASS-a istinadən xəbər verir ki, xatirə lövhəsi məşhur musiqiçinin 90 illik yubileyi günündə, onların Qəzet döngəsindəki evində quraşdırılıb.

    Qeyd edək ki, xatirə lövhəsinin müəllifi Rusiyanın xalq artisti, heykəltəraş Aleksandr Rukavişnikovdur.

    Həmçinin Rostropoviç Fondunun Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Rukavişnikovun əl işi olan büstü hədiyyə edəcəyi bildirilir. Mərasimin ardınca Mstislav Rostropoviç Beynəlxalq Festivalının açılışı olacaq.

    Xatırladaq ki, M.Rostropoviç 1927-ci il martın 27-də Bakıda anadan olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi