Moskvada "Koroğlu" baletinin premyerası keçiriləcək

Moskvada "Koroğlu" baletinin premyerası keçiriləcək Azərbaycan Dövlət Filarmoniyanın Dövlət Rəqs Ansamblı Moskvada keçiriləcək "Mənim Azərbaycanım" adlı konsertlə çıxış edəcək
Mədəniyyət siyasəti
21 Oktyabr , 2017 11:39
Moskvada Koroğlu baletinin premyerası keçiriləcək

Bakı. 21 oktyabr. REPORT.AZ/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyanın Dövlət Rəqs Ansamblı Moskvada keçiriləcək "Mənim Azərbaycanım" adlı konsertlə çıxış edəcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, konsert oktyabrın 26-da Çaykovskiy adına konsert zalında baş tutacaq.

Konsert çərçivəsində "Koroğlu" baletinin premyerası olacaq. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Rusiyanın əməkdar artisti, məşhur xoreoqraf Dikalu Muzakayevdir.

Qeyd edək ki, "Mənim Azərbaycanım" adlı konsert proqramı ilk dəfə birinci Bakı Şoppinq Festivalının açılış mərasimində və "Bakı-2017" IV İslam Həmrəylik Oyunları zamanı təqdim olunub.

Son xəbərlər

Orphus sistemi