Moskvada dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi qeyd olunub

Moskvada dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi qeyd olunub Moskva. 2 fevral. REPORT.AZ/ Moskva Konservatoriyasının Kiçik zalında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib.
Mədəniyyət siyasəti
2 Fevral , 2018 14:40
Moskvada dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi qeyd olunub

Moskva. 2 fevral. REPORT.AZ/ Moskva Konservatoriyasının Kiçik zalında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib.

"Report"un Rusiya bürosunun məlumatına görə, konsert zamanı sənətşünaslıq doktoru Rauf Fərhadov gecənin qonaqlarına Qara Qarayevin yaradıcılıq yolunun əsas mərhələləri haqqında məlumat verib. Qeyd olunub ki, bəstəkar yaşadığı dövrdə Moskva Konservatoriyasında dərs deyib.

Konsertdə dahi Azərbaycan bəstəkarının ölməz əsərləri - fortepiano üçün prelüdlər, skripka və fortepiano üçün sonata, "Yeddi gözəl" baletindən noktyurnlar və rəqslər səslənib. Musiqiləri Olqa Domnina (fortepiano), Yelena Reviç (skripka) və Yevgeniya Astafurova (bariton) ifa ediblər.

O.Domnina "Report"a açıqlamasında Q.Qarayevin yaradıcılığını neçə kəşf etdiyini açıqlayıb: "Klassik musiqidə yeniliklər istəyirdim və bunu Q.Qarayevin yaradıcılığında tapdım. Təəssüf ki, bəstəkarın mahnıları istənilən qədər çox ifa olunmur".

Qeyd edək ki, tədbirin təşkilatçıları Azərbaycan və Rusiyanın Mədəniyyət nazirlikləri olub.

Son xəbərlər

Orphus sistemi