Mixail Şvıdkoy: “Nizami Gəncəvi bu gün aktual olan ideyaları təbliğ edib”

Mixail Şvıdkoy: “Nizami Gəncəvi bu gün aktual olan ideyaları təbliğ edib” Nizami Gəncəvinin poeziyası bu gün aktual olan sevgi və sülh kimi mövzuları təbliğ edib.
Mədəniyyət siyasəti
24 Noyabr , 2021 13:31
Mixail Şvıdkoy: “Nizami Gəncəvi bu gün aktual olan ideyaları təbliğ edib”
Mixail Şvıdkoy

"Nizami Gəncəvinin poeziyası bu gün aktual olan sevgi və sülh kimi mövzuları təbliğ edib".

“Report” xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.

Onun sözlərinə görə, “sevgi və sülh” fəlsəfəsi təkcə Azərbaycan və Ermənistan arasında mövcud olmuş münaqişə baxımından deyil, həm də yazılmış olduğu mürəkkəb dövr üçün aktual olub.

“Nizaminin poeziyası həmin dövrdəki sülh və coğrafiyanı, habelə bugünkü mədəniyyəti anlamaq baxımından vacib əhəmiyyət kəsb edir”, - M.Şvıdkoy deyib.

Xatırladaq ki, Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə ölkəmizdə elan edilmiş Nizami ili çərçivəsində bu gün Bakıda “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forum keçirilir.

Son xəbərlər

Orphus sistemi