Misir Mədəniyyət Mərkəzinin müdiri Əlyazmalar İnstitutunda olub

Misir Mədəniyyət Mərkəzinin müdiri Əlyazmalar İnstitutunda olub Görüşdə xüsusilə əlyazmaların bərpa kurslarının yaradılmasına dair müzakirələr aparılıb
Mədəniyyət siyasəti
6 Fevral , 2015 16:10
Misir Mədəniyyət Mərkəzinin müdiri Əlyazmalar İnstitutunda olub

Bakı. 6 fevral. REPORT.AZ/ Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. 

Mərkəzdən "Report"a verilən məlumata görə, institutun direktoru AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibi Teymur Kərimli Əlyazmalar İnstitutunun yaranma tarixi və burada olan 3000-dən artıq əlyazma haqqında məlumat verib. 

Daha sonra Ə.S.Elaydi Mərkəzin yaranma tarixi, fəaliyyət istiqamətləri və kitabxanası barədə məlumat verib. Qonaq İnstitut direktorunu Misir Mədəniyyət Mərkəzi ilə yaxından tanış olmaq üçün rəhbəri olduğu quruma dəvət edib.

Misir Mədəniyyət Mərkəzinin müdiri Misir Milli Kitabxanası və Arxiv İdarəsində bəzi azərbaycanlı ədiblərə aid əlyazmaların olduğunu və bu əlyazmaların müqavilə əsasında qarşılıqlı mübadiləsinin mümkünlüyünü qeyd edib. Bundan əlavə, əlyazmaların bərpa kurslarının yaradılmasına dair müzakirələr aparılıb. Daha sonra Ə.S. Elaydi Əlyazmalar İnstutunda olan muzeylə tanış olub.

Sonda Teymur Kərimli Mərkəzin kitabxanası üçün İnstitut adından əlyazmalardan ibarət kataloqu qonağa, Misir Mədəniyyət Mərkəzinin müdiri isə rəhbəri olduğu qurum adından hədiyyəni Əlyazmalar İnstitutuna təqdim edib. 

Son xəbərlər

Orphus sistemi