Yuxarı
    Bağlamaq

    Misir Mədəniyyət Nazirliyi Azərbaycandan olan gənc istedadları mükafatlandırıb

    Onlara qızıl və gümüş medallar və sertifikatlar təqdim olunub

    Bakı. 23 aprel. REPORT.AZ/ Misir Mədəniyyət Mərkəzində 2012-2013-cü illərdə Misirdə keçirilmiş “Misir dünya uşaqlarının gözündə” adlı tədbirdə yüksək nailiyyətlər qazanan azərbaycanlı gənc istedadların mükafatlandırma mərasimi keçirilib. 

    Misir Mədəniyət Mərkəzindən "Report"a verilən məlumata görə, mərkəzin müdiri Əhməd Sami Elaydi Misirdə hər il ənənəvi olaraq keçirilən bu beynəlxalq rəsm müsabiqəsinin əhəmiyyətindən, müsabiqənin məqsədindən danışıb. Sonra Bakı Rəsm Qalereyasının rəhbəri, Rəssamlar İttifaqının üzvü Eldəniz Babayev və AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi Pərvinə Əfəndiyeva qalibləri təbrik ediblər. 

    Müsabiqədə iştirak edən 15 nəfər azərbaycanlı gənc istedad Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyinin iki qızıl, iki gümüş medalı və sertifikatlara layiq görülüblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi