Yuxarı

Minskdə Polad Bülbüloğlunun baletinin premyerası keçiriləcək

Eşq və ölüm baletinin təqdimatı iyunun 11-12-nə planlaşdırılıb

Bakı. 21 aprel. REPORT.AZ/ Məşhur azərbaycanlı müğənni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun "Eşq və ölüm" adlı baletinin premyerası Belarusun Milli Akademik Böyük Opera və Balet Teatrında nümayiş olunacaq.

"Report" "Belta"ya istinadən xəbər verir ki, baletin təqdimatı iyunun 11-12-nə planlaşdırılıb.

Tamaşaçılar isə səhnə quruluşunu iyunun 28-də görə biləcək. Balet Belarusda 83-cü teatr mövsümünü başa vuracaq.

Baletin əsası Azərbaycan milli dastanı olan "Kitabi Dədə Qorqud"dan götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi