Mingəçevirdə fiziki qüsurlu şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil olunub

Mingəçevirdə fiziki qüsurlu şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil olunub Tədbirdə 150-dən çox əl işi nümayiş olunub
Mədəniyyət siyasəti
6 İyul , 2016 18:00
Mingəçevirdə fiziki qüsurlu şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil olunub

Bakı. 6 iyul. REPORT.AZ/ Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Mingəçevir şəhərində fiziki qüsurlu və sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil olunub.

Birlikdən "Report"a verilən məlumata görə, sərgidə respublikanın müxtəlif regionlarından olan fiziki qüsurlu və sağlamlıq imkanları məhdud şəxslərin əl işləri nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev sərginin fiziki qüsurlu şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsinə, onların cəmiyyətə aktiv inteqrasiyasının təmin olunmasına, cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan insanlara diqqətin artırılmasına xidmət etdiyini bildirib.

Daha sonra Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov və açılışda iştirak edən rayon ictimaiyyəti sərgi ilə tanış olub.

Satış-sərgidə rəsm, xalçaçılıq, bədii tikmə, toxuma və hörmə, dulusçuluq, keramika, ağac üzərində oyma və metal üzərində işləmə və s. növlərdə 150-dən çox əl işi nümayiş olunub. Sərginin sonunda əsərlərin satışı təşkil edilib.

Son xəbərlər

Orphus sistemi