Mədəniyyət və Turizm Nazirliyi bir qrup jurnalisti mükafatlandırıb

Mədəniyyət və Turizm Nazirliyi bir qrup jurnalisti mükafatlandırıb Təltif olunanlar arasında "Report" İnformasiya Agentliyinin əməkdaşı da var
Mədəniyyət siyasəti
10 İyul , 2015 17:23
Mədəniyyət və Turizm Nazirliyi bir qrup jurnalisti mükafatlandırıb

Bakı. 10 iyul. REPORT.AZ/ İyulun 10-da Milli Kitabxanada "Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbir Azərbaycan Prezidenti Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə milli mətbuatın 140 illiyi münasibətilə təşkil edilən sərgi ilə tanış olublar.

Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının İctimai-siyasi məsələr şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF sədri Vüqar Səfərli və başqaları çıxış edib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının birgə keçirdiyi “Milli rəqslərimiz-milli dəyərimizdir” mövzusundakı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Ən yaxşı məqalə müəlliflərinə diplom və pul mükafatı verilib.

Sonra Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət və turizm mövzusunda yazan bir qrup jurnalistə Fəxri Fərmanı və pul mükafatı təqdim edib.

Mükafatlandırılanlar arasında "Report" İnformasiya Agentliyinin əməkdaşı da var. 

Son xəbərlər

Orphus sistemi