Milli Məclisin komitəsi İTV-nin Yayım Şurasının üzvlüyünə namizədləri təsdiqləyib

Milli Məclisin komitəsi İTV-nin Yayım Şurasının üzvlüyünə namizədləri təsdiqləyib Yeni namizədlər 6 illik müddətə seçiləcəklər
Mədəniyyət siyasəti
13 May , 2015 12:34
Milli Məclisin komitəsi İTV-nin Yayım Şurasının üzvlüyünə namizədləri təsdiqləyib

Bakı. 13 may. REPORT.AZ/ Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülən şəxslərin təyin edilməsi məsələsinə baxılıb. “Report” xəbər verir ki, komitə sədri Nizami Cəfərov deyib ki, yeni namizədlər barədə Milli Məclisin sədri Oqtay Əsədova məktub göndərib: “Məsələyə baxılaraq hər şey qanunvericiliyə uyğun şəkildə təsdiq olunub. Yeni namizədlər 6 illik müddətə seçiləcəklər”.

N. Cəfərov qeyd edib ki, İTV özünü təsdiqləmiş televiziyadır və onun kifayət qədər zəngin olan efir məkanı var.

Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev namizədlikləri irəli sürülən şəxslərin adlarını sadalayıb. Onlar Sahibkarlar Şurasından Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, NEURON TECNOLOGİES MMC-nin baş direktoru İsmayıl Ələkbərov, Gənclər təşkilatlarından “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “Sağlam gəncliyə doğru” İctimai Birliyindən Turqay Həsənəliyev, qadın cəmiyyətlərindən Azərbaycan Jurnalistlər Qadınlar Assosiasiyasından Sevil Yusifova, “Qadın liderliyi uğrunda” İctimai Birliyindən Ülkər Abdullayevadır.

O bildirib ki, hazırda Yayım Şurasının üzvü olan Fuad Muradovun, Zərifə Salahovanın və Namiq Məmmədovun səlahiyyət müddətləri bitib. Namizədlər arasından 3 nəfər həmin şəxslərin əvəzinə təyin olunacaqlar.

Məsələ müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi