Milli Arxiv İdarəsinə Əhməd bəy Ağaoğlu ilə bağlı sənədlər təqdim olunub

Milli Arxiv İdarəsinə Əhməd bəy Ağaoğlu ilə bağlı sənədlər təqdim olunub Sənədləri idarəyə Təktaş Ağaoğlu təhvil verib
Mədəniyyət siyasəti
27 May , 2015 12:15
Milli Arxiv İdarəsinə Əhməd bəy Ağaoğlu ilə bağlı sənədlər təqdim olunub

Bakı. 27 may. REPORT.AZ/ Milli Arxiv İdarəsinə Əhməd bəy Ağaoğlu ilə bağlı sənədlər təqdim olunub. İdarədən "Report"a verilən məlumata görə, sənədlər 1917-1939-cu illərdə Turkiyə nəşriyyatında Ə. Ağaoğlu haqqında və onun özünün çap etdirdiyi qəzet məqalələrindən ibarət materiallar, oğlu Səməd bəyə və qızı Sürəyya xanıma ünvanladığı məktublardan ibarətdir.

Məlumatda bildirilib ki, sənədləri idarəyə Əhməd bəy Ağaoğlunun nəvəsi, Türkiyənin İstanbul şəhərində yaşayan Təktaş Ağaoğlu təhvil verib. Hazırda həmin sənədlər üzərində xronoloji ardıcılığın təyin edilməsi və məqalələrin məzmununun araşdırılması işləri aparılır.

Qeyd edək ki, Əhməd bəy Ağaoğlu qadın azadlığı ideyalarını yayan və Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan biri olub. O, 1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında böyük rol oynayan ziyalı, Difai Partiyasının yaradıcısı olub, Türkiyədə jurnalist kimi çalışıb, "Hakimiyyətə Milliyyət" qəzetinin baş redaktoru və müasir Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi olub. 

Son xəbərlər

Orphus sistemi