Məşhur di-cey David Vendetta Bakıda çıxış edəcək

Məşhur di-cey David Vendetta Bakıda çıxış edəcək “Avropa Şəhərciyi 2016” festivalının proqramı açıqlanıb
Mədəniyyət siyasəti
28 Sentyabr , 2016 10:39
Məşhur di-cey David Vendetta Bakıda çıxış edəcək

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu il oktyabr ayının 1-də Bakının Milli Dənizkənarı Parkında (bulvarda) təşkil olunacaq Avropa mədəniyyəti festivalının - “Avropa Şəhərciyi 2016”-nın proqramı açıqlanıb.

"Report" xəbər verir ki, tədbir Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-yə üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkın administrasiyasının tərəfdaşlığı ilə təşkil olunub.

Qonaqlara fokusçuların çıxışı, rəqs nömrələri, italiyalı aşpazların bacarıqları təqdim olunacaq.

Eyni zamanda, Aİ-yə üzv ölkələrin bayraqlarının düzgün tapılması üzrə müsabiqələr keçiriləcək, Aİ ölkələrindən olan müxtəlif ifaçıların çıxışları səslənəcək.

Tədbir məşhur di-cey David Vendettanın konserti ilə başa çatacaq.

Festivalın keçirilməsinin əsas məqsədi Aİ-yə üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək imkanı yaradılmasıdır. 2013-cü ildən etibarən Bakıda hər il bu cür tədbir keçirilir.

Son xəbərlər

Orphus sistemi