Yuxarı

Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Azərbaycanı Brusseldə beynəlxalq festivalda təmsil edir

Festival iyulun 17-dən 31-nə qədər keçiriləcək

Bakı. 19 iyul. REPORT.AZ/ Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri Azərbaycanı təmsil etmək üçün Brusseldə keçirilən “Musica Mundi” Beynəlxalq kamera musiqisi festivalına gediblər.

Bu barədə "Report"a Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.

Bildirilib ki, iyulun 17-dən 31-dək keçiriləcək festivalın əsas məqsədi 10-18 yaşlı dünyanın müxtəlif ölkələrindən olan gənc istedadların bacarıqlarını nümayiş etdirməsidir.

Səfərdən əvvəl Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, əməkdar artist Əziz Qarayusifli başda olmaqla məktəbin bir qrup istedadlı şagırdlərindən sayılan Əliyeva Nərgiz (fortepiano), Əliyeva Zərrin (skripka), Tağızadə Elnarə (alt) və Orxan Hüseynovu (violançel) qəbul edərək onlara uğur və qələbə arzulayıb.

Şagirdlər vətəni beynəlxalq festivalda layiqincə təmsil edəcəklərinə söz veriblər.

Xatırladaq ki, festival “Château du Lac”-da qala konsert və Maksim Venqerov, İrvi Qitlis, Menaxem Pressler, Nikolas Angelix, Mikloş Perenyi, Aleksandr Qavrilyuk kimi dünya musiqi elitası nümayəndələrinin imzaladığı təhsil sertifikatlarının təqdimatı ilə yekunlaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi