Məlik Dadaşovun 90 illik yubileyi keçiriləcək

Məlik Dadaşovun 90 illik yubileyi keçiriləcək Tədbir Milli Dram Teatrında olacaq
Mədəniyyət siyasəti
10 Dekabr , 2014 11:10
Məlik Dadaşovun 90 illik yubileyi keçiriləcək

Bakı.10  dekabr. REPORT.AZ/ Dekabrın 20-də Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti Məlik Dadaşovun 90 illik yubileyi münasibətilə təntənəli yubiley tədbiri keçiriləcək.

Bu barədə xalq artistinin qızı Gülnarə Dadaşova "Report"a açıqlama verib.

Təbdir Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı və Məlik Dadaşovun ailə üzvlərinin şəxsi təşəbbüsü ilə baş tutacaq.

Qeyd edək ki, yubiley tədbirinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. 

Son xəbərlər

Orphus sistemi