Meksikanın tanınmış prima balerinası Bakıda çıxış edib

Meksikanın tanınmış prima balerinası Bakıda çıxış edib Azərbaycan tamaşaçısı “Sülh naminə İncəsənətin” 22-ci dünya turu çərçivəsində Bakı səfərini həyata keçirən balerinanı səmimi qarşılayıb
Mədəniyyət siyasəti
16 İyun , 2017 20:55
Meksikanın tanınmış prima balerinası Bakıda çıxış edib

Bakı. 16 iyun. REPORT.AZ/ Meksikanın tanınmış prima balerinası, dünyanın ən yaxşı kastanyet ifaçısı sayılan Sonia Amelio Bakıda ilk dəfə çıxış edib. 

Meksiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir səfirliyin təşkilatı və "Landmark" otelinin dəstəyi ilə iyunun 15-də adı çəkilən otelin konsert zalında baş tutub. Azərbaycan tamaşaçısı “Sülh naminə İncəsənətin” 22-ci dünya turu çərçivəsində Bakı səfərini həyata keçirən şöhrətli balerinanı səmimi qarşılayıb.

Ümumiyyətlə, 6 yaşından pianoda ifa etməyi və baleti öyrənməyi başlayan Sonia klassik və ənənəvi ispan rəqsləri üzrə, eləcə də Latın Amerika baleti üzrə dərs alıb. Amelio Şopen və List kimi bəstəkarların əsərlərini müşayiət etmək üçün kastanyetlərdə mahir ifanı inkişaf etdirib və müxtəlif ölkələrin orkestrləri ilə çıxış etmək üçün dəvət alıb. Həmçinin, Betxoven və Paqanini kimi romantik əsrin bəstəkarlarının əsərlərini müşayiət etmək üçün rəqs nömrələrini qurub.

Vətəni olan Meksikada 1969-1970-ci illərdə dramatik aktrisa qismində bir sıra film və televiziya proqramlarında çıxış edib. Müasir dövrdəki karyerasının böyük hissəsini musiqi tədrisinə həsr edib. Asiya və Afrika ölkələrində, Pekin Xoreoqrafiya İnstitutu və Anna Pavlova adına Moskva İnstitutu kimi tədris ocaqlarında rəqs və xoreoqrafiya üzrə seminar və master-klassları həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi