Yuxarı

Meksikalı rəssamın Bakıda açılan sərgisi başa çatıb

Sərgidə rəssamın Azərbaycana səfəri zamanı çəkdiyi rəsmlər də nümayiş etdirilib

Bakı. 30 iyun. REPORT.AZ/ Meksikali rəssam Margarita Moralesin Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan “Rəngin simfoniyasi” adlı sərgisi sona çatıb.

Bu barədə "Report"a Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, sərgi, Meksika səfirliyinin yeni açılmasına həsr olunub və məqsəd iki ölkə xalqının yaxınlaşmasına töhfə verməkdir. 

Rəssamın Meksikanın təbiətindən ilhamlanaraq çəkdiyi 30-dan artıq əsəri sərgidə yer alıb. Onlar arasında “Əbədi güllər”, “Bəslənən Arzu”, “Ədən dənizində qızıl güllər”, “Axşam çağı” adlı əsərlər də var. Bununla belə, sərgidə rəssamın Azərbaycanda yaratdığı əsərlər də nümayış olunub. Həmin əsərlər, rəssamın Bakıda olarkən, həmçinin Lahıc və Şəki şəhərinə səfər etdiyi müddətdə tanış olduğu Azərbaycan mədəniyyətini, təbiət və çalarlarını özlərində əks etdirir.

Xatırladaq ki, sərgi iyunun 9-da açılmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi