Meksikalı pianoçu Azərbaycanda silsilə konsert verəcək

Meksikalı pianoçu Azərbaycanda silsilə konsert verəcək Meksikalı pianoçu Xesus Lepe Riko sentyabrın əvvəllərində Azərbaycanda silsilə konsert verəcək.
Mədəniyyət siyasəti
28 Avqust , 2019 15:04
Meksikalı pianoçu Azərbaycanda silsilə konsert verəcək

Meksikalı pianoçu Xesus Lepe Riko sentyabrın əvvəllərində Azərbaycanda silsilə konsert verəcək.

“Report” Meksika səfirliyinə istinadən xəbər verir ki, ilk konsert sentyabrın 2-də saat 19:00-da Bakı Muğam Mərkəzində, ikincisi ayın 6-da Qəbələ Mədəniyyət Mərkəzində, üçüncüsü isə sentyabrın 11-də Sumqayıt şəhərində keçiriləcək. 

O, Bax, Bethoven, Şopen kimi Avropa klassiklərinin, habelə Meksikanın Kastro, Belisario kimi görkəmli bəstəkarlarının əsərlərini ifa edəcək. Hər üç konsertə giriş sərbəstdir.

Xatırladaq ki, ilk dəfə ötən ilin noyabr ayında Bakıda konserti keçirilən Xesus Lepe Riko 1975-ci ildə Tamaulipas ştatının Tampiko şəhərində doğulub, musiqi təhsilini Tamaulipas Muxtar Universitetində və Verakruz Universitetində alıb. Ölkəsinin müxtəlif səhnələrində solo konsertlər verib. Beynəlxalq Papantla Fortepiano Festivalının təsisçisi və baş direktorudur.

Son xəbərlər

Orphus sistemi