Yuxarı

Meksika səfiri Beynəlxalq Muğam Mərkəzinin direktoru ilə görüşüb

Tərəflər birgə tədbirlərin reallaşmasına dair fikir mübadiləsi aparıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini və Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov arasında görüş keçirilib.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə mədəni sahədə əməkdaşlığın müxtəlif aspekt və perspektivləri haqqında müzakirə aparılıb.

Səfir Labardini hər iki xalqın qarşılıqlı yaxınlaşmasına xidmət edən mədəniyyətlərin bölüşdüyü oxşarlıqlardan söhbət açıb. Bu xüsusda, iki xalqın milli musiqisi olan muğam və mariaçinin YUNESKO tərəfindən Bəşəriyyətin Mədəni Qeyri-Maddi İrsi siyahısına daxil olması qeyd edilib.

M.Hüseynov Azərbaycan tamaşaçısının Meksikanın zəngin mədəniyyətinə olan marağından və bu ölkənin dünyada tutduğu yerdən danışıb.

Tərəflər birgə tədbirlərin reallaşmasına dair fikir mübadiləsi aparıb, ikitərəfli əməkdaşlığın möhkəmlənməsi naminə istəklərini ifadə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi