Mehmet Nuri Ərsoy: "Nizami Gəncəvi əsərlərində sözlərlə sanki rəsm yaradıb"

Mehmet Nuri Ərsoy: "Nizami Gəncəvi əsərlərində sözlərlə sanki rəsm yaradıb" "Nizami Gəncəvi əsərlərində elə təsvirlər var ki, sözlərlə sanki rəsm yaradıb".
Mədəniyyət siyasəti
24 Noyabr , 2021 11:00
Mehmet Nuri Ərsoy: Nizami Gəncəvi əsərlərində sözlərlə sanki rəsm yaradıb
Mehmet Nuri Ərsoy

"Nizami Gəncəvi əsərlərində elə təsvirlər var ki, sözlərlə sanki rəsm yaradıb".

"Report" xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "Nizami Gəncəvi kimdir" sualının cavabı çox genişdir: "O, özünəməxsus əsərlər yaratmaqla yanaşı, coğrafiya, tibb, astronomiya və digər elmlərə də vaqif idi. 7 dil bilməklə yanaşı, musiqini də ruhunda birləşdirən dərviş ruhlu bir şair olub. Nizami Gənvəvinin əsərlərində kamil insan portretini görmək olar. İnsanların bir-birinə hörməti, sevgisi, bəşəri dəyərlər onun əsərlərində geniş tərənnüm olunub. Türk milləti bu böyük şairinə qürurla sahib çıxmağa və gələcək nəsillərə ötürməyə davam edəcək. Biz bir olub min illik mirasımızı qoruyacağıq".

Son xəbərlər

Orphus sistemi