Yuxarı

YUNESKO-da mədəniyyətlərin yaxınlaşması müzakirəyə çıxarılıb

YUNESKO-da Beynəlxalq Onillik Toplantı işinə başlayıb

Bakı. 25 mart. REPORT.AZ/ Bu gün Parisdə YUNESKO-nun Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik (2013-2022) Toplantısı öz işinə başlayıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Iki gün davam edən toplantının əsas məqsədi mədəniyyətlərin yaxınlaşmasına sistematik yanaşmanı təmin etmək, orta və uzun müddətli on illik üçün strategiyaların müəyyənləşdirirməkdir.

Tədbiri açan YUNESKO baş direktorunun Sosial və Humanitar Elmlər üzrə müavini xanım Nada Əl-Nəşifekstermizin artdığı müasir dünyada mədəniyyətlərin yaxınlaşması və dialoqun təşviq edilməsi üçün sistemli fəaliyyətlərin və çoxsaylı təşəbbüslərin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.
Daha sonra mədəniyyətlərin yaxınlaşması proqramının həmmüəlliflərindən olan Qazaxıstanın YUNESKO yanında Daimi nümayəndəsi səfir cənab Nurlan Danenov çıxış edərək mədəniyyətlər arası əməkdaşlığın vacibliyini qeyd edib və bu proqramın da bu istiqamətdə mühüm rola malik olduğunu, eləcədə mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlər arası Dialoq Forumunun belə təşəbbüslərin təbliği və təşviqi üçün geniş imkanlar yaradacağını bildirib.

Toplantıda BMT, EKOSOS, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, YUNESKO-nun birsıra ölkələrdə Mərkəzlərinin rəhbərləri, həmçinin, antropologiya, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, qloballaşma, konfliktologiya sahələrində alim və mütəxəsislərin çıxışı olacaq.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərin dialoqu üçün Bakı Prosesi və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə təqdimatla çıxışı nəzərdə tutulur.
Qeyd edək ki, toplantıda həmçinin AR-nın YUNESKO yanında Daimi Nümayəndəliyi də təmsil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi