Yuxarı
    Bağlamaq

    Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

    Anım mərasimində mədəniyyət və turizm sahəsində fəaliyyət göstərən qurumların kollektivləri mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər

    Bakı.7 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar mayın 7-də Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

    Bu barədə “Report”a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Anım mərasimində mədəniyyət və turizm sahəsində fəaliyyət göstərən qurumların, teatr-konsert müəssisələri, muzey, kitabxana və digər mədəniyyət ocaqlarının kollektivlərinin nümayəndələri, həmçinin mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

    Mərasim iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi