Yuxarı
    Bağlamaq

    Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin sayı müəyyənləşib

    Nazirliyin aparatı üzrə 160, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələri üzrə 219 ştat vahidi olacaq

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi müəyyənləşib. 

    "Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalaması ilə mümkün olub. 

    Sənədə əsasən, Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi cəmi 379 ştat vahidi olmaqla, Nazirliyin aparatı üzrə 160 ştat vahidi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələri üzrə 219 ştat vahidi müəyyən edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi