Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə Müsabiqə Komissiyası yaradılıb. “Report” xəbər verir ki, Komissiyanın yaradılması barədə əmr Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydaları”nın icrasını təmin etmək məqsədilə imzalanıb.
Komissiyanın tərkibi 9 nəfərdən ibarətdir:
Komissiyanın sədri:
1.Bayramov Rafiq Yasin oğlu - Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri
Komissiyanın üzvləri:
2. Şixəmmədov Vüqar Nurməmməd oğlu - Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri
3. Həsənova Sima Əkbər qızı - Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri
4. Cəfərova Könül Elxan qızı - Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri
5. Nurəliyeva Mənzərxanım Fikrət qızı - Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri
6. Əliyev Rəşad Bariz oğlu - Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, katib
7. Hətəmov Müşviq Mürşüd oğlu – “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin sədri
8. Çobanov Musa Nəbi oğlu - Azərbaycan Aşıqlar Birliyinin katibi
9. Seyidzadə Şahin Kamil oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri