Bakı. 25 dekabr. REPORT.AZ/ Gələn il Mədəniyyət və Turizm Nazirliyinin bir neçə şöbəsinə yeni müdir təyinatı olacaq.
“Report”un xəbərinə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında bəyan edib.
O, nazirliyin bir neçə şöbə müdirinin vəzifəsindən azad ediləcəyini deyib.
Ə.Qarayev Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənlinin vəzifədən azad edildiyini də təsdiqləyib.